Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb

22.08.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Moderator.az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Qeyd edilib ki, "112" qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, məlumatla əlaqədar hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər: "Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью