Sumqayıtda gecə ilə obyekt tikmək istədilər Sakinlər etiraz etdi ŞİKAYƏT FOTO

04.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Sumqayıtda gecə vaxtı quraşdırılan obyekt sakinlərin etirazına səbəb olub.

Bu barədə Milli.Az-ın redaksiyasına sakinlər müraciət ediblər. 

Sakinlərin sözlərinə görə, Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 6 ünvanın qarşısında yerləşən yaşıllıq sahədə qanunsuz obyekt quraşdırmaq istəyiblər.

Sözügedən şəxslər obyekti gecə vaxtı quraşdırıblar və ərazidə olan ağaclara da müəyyən qədər zərrər vurublar.

Sakinlərin etirazından sonra tikinti işləri dayandırılıb. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ araşdırılır.

Qadın ölmüş ərinin pensiyasını ala bilmir - ŞİKAYƏT

İnqilab Məmmədov
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью