Sumqayıtda gənc qadın həyat yoldaşını bıçaqlayıb

16.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью