Sumqayıtda görüş

10.01.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Sumqayıt” Futbol Klubu və “Azərikimya” İB-nin təşəbbüsü, “Kapital Bank” ASC və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub.

Futbolpress.az xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin Baş Direktoru və “Sumqayıt” FK-nın Müşahidə Şurasının sədri Elnur Məmmədli, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, baş məşqçi Vaqif Cavadov, komanda üzvləri, “Kapital Bank” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə eksperti İlyas Cəfərli və klubun digər əməkdaşları iştirak ediblər.

Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər komandamızın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. Yekunda isə xatirə şəkli çəkdirilib.

Əsas xəbərlər, Ölkə futbolu Vaqif Cavadov: “Sevindirici hal odur ki, məğlub olmadıq”

9 Yanvar 2025, 19:10

Əsas xəbərlər, Ölkə futbolu Sumqayıtda qalib müəyyənləşmədi

9 Yanvar 2025, 18:22

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa klubları Sumqayıtda üz-üzə gələcəklər

9 Yanvar 2025, 12:54

Əsas xəbərlər, Ölkə futbolu “Sumqayıt” Cavadovla bağlı qərar verdi

8 Yanvar 2025, 19:02

Dünya futbolu, Əsas xəbərlər, Ölkə futbolu “Sumqayıt”ın sabiq futbolçusu “Şaxtyor”da

8 Yanvar 2025, 12:29

Əsas xəbərlər, Ölkə futbolu Ehtiyatda qalan qapıçı Premyer Liqada klubunu dəyişə bilər

8 Yanvar 2025, 10:00

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью