Sumqayıtda güclü partlayış: Dağıntılar altından bir nəfər sağ çıxarıldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

03.12.2024

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью