Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sumqayıt" Mənzil-Tikinti Kooperativi (MTK) Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yaşıllıq ərazisini məhv edir.
Redaktor.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya həmin məhəllədə, ev 1A/3B ünvanında yaşayan sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, "Sumqayıt” MTK bu ərazidə çoxmərtəbəli bina tikmək istəyir.
Bu məqsədlə ərazidə əkilmiş ağaclar məhv edilir. "2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən MTK-ya həmin ərazidə bina tikintis
Biz bu yaşıllığı qorumağa müvəffəq olduq və əraziyə yeni ağaclar əkdik. Hətta Ulu Öndər Heydər Əliyevin adına ağaclar da əkilmişdi.
Düşünürdük ki, bu addım şirkətin tikinti planlarını dayandırar, lakin yanılmışıq.
Son zamanlar ərazidə yenidən işlərə başlanılıb, sahə hasarlanıb və ağaclar çıxarılıb”, deyə sakinlər bildiriblər.