Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıtda işıqforun işində yaranan nasazlıq aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev məlumat verib.
"Koroğlu və Mirzə Ələkbər Sabir küçələrinin kəsişməsində yerləşən işıqforda qısaqapanma nəticəsində texniki nasazlıq yaranmışdı. Problem aradan qaldırılıb. Hazırda işıqfor tam işlək vəziyyətdədir", - deyə E.Hacıyev bildirib.