Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olunub VİDEO

10.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olunub.

APA xəbər verir ki, gecə saatlarında 73 yaşlı Bəhram Fərzəliyev şəhər ərazisində yerləşən su kanalı boyunca hərəkət edərkən müvazinətini itirərək kanala düşüb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu kanaldan çıxarıblar.

B.Fərzəliyevi ilkin tibbi müdaxilə ilə həyatını xilas etmək mümkün olub. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu ailəsinə təhvil verib.

https://t.me/apa_az/94310

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью