Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq Yeni Çağ Media

29.11.2024

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.

ADSEA-dan Yenicag.az-a bildirilib ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41 505 292manat olan müqavilə imzalanıb. İşlərə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью