Sumqayıtda kartdan 2600 manat oğurlanıb

24.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb

APA DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью