Sumqayıtda kişi bıçaqlandı

20.05.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə mayın 16-da qeydə alınıb.

Belə ki, Bayramov Nicat Xəqani oğlu şəhərin Sülh küçəsində Hüseynov Santar Xudayar oğlunu bıçaqla qəsdən vurub sonuncuya ağır dərəcəli bədən xəsarətləri yetirib.

Fakta görə Sumqayıt ŞPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

İş üzrə Bayramov Nicat Xəqani oğlu şübhəli şəxs qismində tutulub.

Murad İbrahimli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью