Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.
SİA-nın məlumatına görə, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.
İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu