Sumqayıtda küçədə kişi meyiti tapılıb

01.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində küçədə naməlum şəraitdə kişi meyiti aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. 1940-cı il təvəllüdlü İbrahim Kazım oğlu Quliyev küçədə dünyasını dəyişib.

Meyit müvafiq ekspertiza üçün aidiyyəti qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью