Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ

06.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью