Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Sumqayıtda maşın vuran piyada 8 gün sonra ölüb.
APA xəbər verir ki, hadisə dekabrın 4-də Sülh prospketində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ruslan Ağayevin idarə etdiyi “Opel Astra” markalı avtomobil yolu keçən piyada 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.
Xəsarət alan şəxs xəstaxanaya aparılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.