Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexinin ərazisində baş verib. Əraziyə toplanan məişət tullantıları yanır.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.