Sumqayıtda məktəbin yaxınlığında ŞOK MƏNZƏRƏ: ağacdan asılmış meyit tapıldı

12.03.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Sumqayıtda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında 18 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

43 yaşlı Yusifov Murad Bəxtiyar oğlu məktəbin yaxınlığına gələrək, özünü ağacdan asıb. Onun asılmış meyitini sakinlər aşkaredərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Mərhumun hansı səbəbdən özünü öldürdüyü hələlik bəlli deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью