Sumqayıtda məktəblini yük maşını vuraraq öldürdü

16.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью