Sumqayıtda mənzildə meyit tapılıb

25.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Sumqayıt sakininin meyiti yaşadığı mənzildə aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib.

Məlumata görə, 1963-cü il təvəllüdlü Hüseynov Rövşən İsrafil oğlunun meyiti ölümündən 5 gün sonra – bu gün hamam otağında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью