Sumqayıtda mənzildən kişi meyiti tapılıb

04.11.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Sumqayıtda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb.

Sitat.info məlumat verir ki, hadisə 19-cu məhəllədə qeydə alınıb.

1962-ci il təvəllüdlü Həbibov Asif Əvəz oğlunun meyiti aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью