Sumqayıtda mənzillər BAHALAŞDI VİDEO

20.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində mənzil bazarında son iki ayda nəzərəçarpacaq dəyişiklik baş verib.

Avtosfer.az xəbər verir ki, iki ay əvvəl 55-58 min manata təklif edilən mənzillərin qiyməti 60-65 min manatadək yüksəlib.

Bu tip qiymət artımının, əsasən, köhnə tikililərdə müşahidə olunduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, mənzil bazarında qiymətlərin formalaşmasına tələb və təklif, eləcə də bazardakı iqtisadi vəziyyət kimi amillər təsir göstərir.

Həmçinin vurğulanır ki, köhnə tikililərin infrastruktur baxımından məktəb və bağçalara daha yaxın yerləşməsi onların qiymətinə təsir edən amillərdəndir.

bax.tvhttps://player.bax.tv/embed/227150.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью