Sumqayıtda Mercedes iki piyadanı vurdu

10.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Sumqayıtda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Sülh və Koroğlu prospketlərinin kəsişməsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsinin mayoru Orxan Bağırlı idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadalar, şəhər sakinləri, 1961-ci il təvəllüdlü Gülxanım Əliyeva və 1968-ci il təvəllüdlü Yeganə Məmmədovanı vurub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью