Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? VİDEO

21.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtda sertifikatsız həkim işlədən klinika cərimələnib. Eyni zamanda həkim haqqında da tədbir görülüb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, söhbət şəhər ərazisində yerləşən "Cahangir-2020 Lor Center" Məhdud Məsuliyyətli Cəmiyyətdən gedir.
Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi MMC-də yoxlama aparıb.
Özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
 

"Cahangir-2020 Lor Center" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, özəl klinikanın bəlli sayda həkimi var. Nurlan Bəylərov 2021-ci ildə təhsilini bitirib və 2022-ci ildə diplom alıb. Həkimlər də məhz 5 ildən bir sertifkasiyaya cəlb olunmalıdır.


Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə göndərilib. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlan həkimə hazırda ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Klinikadan əlavə edilib ki, sadəcə anlaşılmazlıq olub, amma adıçəkilən həkim də baş verənlərə görə işdən uzaqlaşdırılıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью