Sumqayıtda minik avtomobilləri toqquşub | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. Sumqayıt şəhərində minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.
Belə ki, "Kia Sorento" və "Mercedes" markalı minik avtomobilləri toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
"Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu