Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələnib | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.
APA-nın məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktu
Tam oxu
Xəbəri oxu