Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı

12.05.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью