Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü Xəbər saytı Son xəbərlər və Hadisələr

12.12.2024

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir.

Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, amma aparılan müalicəyə baxmayaraq iki gün sonra orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью