Icma.az, Apa.az saytına istinadən bildirir.
Sumqayıtda dispanserdə ölüm faktı baş verib.
APA xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.
Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir.
Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.