Sumqayıtda narkotik istifadəçilərinin üzərində patron aşkarlanıb

21.01.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində 2 nəfərin üzərində patron və narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Qardaşlı və Ə.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onlardan narkotik vasitə olan metamfetamin və 10 ədəd patron aşkar olunaraq götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью