Sumqayıtda “Nissan” alışıb yandı Video KONKRET

29.10.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью