Sumqayıtda ölkə birinciliyi keçirildi

09.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi baş tutub.

Futbolpress.az xəbər verir ki, yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunun Sumqayıt bölməsindən gimnastlar mübarizə aparıblar.

İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində öz proqramlarını təqdim ediblər. Yekunda  “Ocaq Sport” Klubu ən yüksək nəticə göstərərək yarışın qalibi olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 50-yə yaxın gimnast iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью