Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb

08.10.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar NazirliyininMətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, 24 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью