Sumqayıtda partlayıcı maddələr aşkar edildi

06.10.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.

Redaktor.az xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.

Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью