Sumqayıtda partlayış baş vermiş binanın sakinlərinə kirayə haqqı veriləcək?

11.12.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Baku TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

“Təhlükəsizlik məqsədilə binada ilkin bərkitmə işləri artıq həyata keçirilib. Bina 6 girişdən ibarətdir və artıq 3 girişdə yaşayış tam şəkildə təmin edilib. Partlayış baş verən girişdə sakinlərin əşyalarını çıxarması üçün şərait yaradılıb. Onların müvəqqəti mənzillərin kirayə haqqının ödənilməsi isə dövlət hesabına həyata keçiriləcək”, – deyə o bildirib.

Ətraflı süjetdə:

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью