Sumqayıtda partlayış baş vermiş binanın sakinlərinə kirayə haqqı veriləcək? VİDEO

11.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir".

Publika.az xəbər verir ki, bu barədə Baku TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

"Təhlükəsizlik məqsədilə binada ilkin bərkitmə işləri artıq həyata keçirilib. Bina 6 girişdən ibarətdir və artıq 3 girişdə yaşayış tam şəkildə təmin edilib. Partlayış baş verən girişdə sakinlərin əşyalarını çıxarması üçün şərait yaradılıb. Onların müvəqqəti mənzillərin kirayə haqqının ödənilməsi isə dövlət hesabına həyata keçiriləcək", - deyə o bildirib.

Ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью