Medicina saytına istinadən Icma.az xəbər verir. Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu bu gün ölüb.
"Medicina" "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yaşayış binasında dünən baş verən partlayış zamanı hadisənin qeydə alındığı binada qalan 1952-ci il təvəllüdlü xanım bu gün ölüb.
Onun hadisənin şokundan qohumlarının evində ürəyinin partladığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.