Sumqayıtda partlayışda yaralananlardan daha biri dünyasını dəyişdi

09.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb.

Milli.Az xəbər verir ki, başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafının I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü Ayxan Əliyev bu gün müalicə aldığı reanimasiya şöbəsində ölüb.

Onun bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən partlayış dekabrın 3-də qeydə alınıb. APA
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью