Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? Rəsmi CAVAB

30.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazisində yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Modern.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.

Agentlik media resurslarından məlumatları hazırlayarkən rəsmi mənbələrə istinad etmələrini xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью