Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza

10.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin “Mero yolu” adlanan ərazisində baş verib.

“Opel” markalı avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Malik Əlişan oğlu Ağayevi vurub.

O, xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью