Sumqayıtda polis mayoru QƏZA törətdi Xəsarət alanlar var

10.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sumqayıtda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Sülh və Koroğlu prospketlərinin kəsişməsində qeydə alınıb.

Polis mayoru Orxan Bağırlı idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadalar, şəhər sakinləri, 1961-ci il təvəllüdlü Gülxanım Əliyeva və 1968-ci il təvəllüdlü Yeganə Məmmədovanı vurub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Orxan Bağırlı Sumqayıt Şəhər Polis İdarəsində işləyir.

Faktla bağlı araşdırma aparılır.

(teleqraf.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью