Sumqayıtda polisin narkotik əməliyyatı VİDEO

30.01.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb.

"Unikal" xəbər verir ki, ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. 

Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. 

Faktla bağlı araşdırmalar aparılır. 

R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью