Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Teleqraf.com verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib.
İki gün sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.