Icma.az, Yenisabah saytına istinadən bildirir.
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.
O bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində: