Sumqayıtda qadın qadını bıçaqladı

05.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью