Sumqayıtda qadın qısqanclıq zəminində həyat yoldaşı tərəfindən döyülərək öldürülüb KONKRET

25.10.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərinin Xəzər bağları adlanan yaşayış massivində faciəvi hadisə baş verib. 1978-ci il təvəllüdlü İsayeva Hicran Eyyub qızı həyat yoldaşı tərəfindən döyülərək öldürülüb.

KONKRET.az Nocomment-ə xəbər verir ki, ilkin məlumatlara görə, hadisə ailə münaqişəsi, daha dəqiqi — qısqanclıq zəminində baş verib. Qadının aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin detalları və təfərrüatları müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью