Sumqayıtda qadının pulqabısı oğurlandı

09.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində bir qadının pulqabısı oğurlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью