“Sumqayıt”da qalmır, yığmaya gedir?

25.05.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə futbolçu karyerasını başa vuran “Sumqayıt”ın sabiq kapitanı Vüqar Mustafayev yeni mərhələyə qədəm qoyacaq. Belə ki, Mustafayev U-21-in baş məşqçisi Ayxan Abbasovdan onun köməkçisi olmaq təklifi alıb.

Xatırladaq ki, Mustafayev uzun illər “Sumqayıt”da çıxış edib, komandanın kapitanı olub. Yığma variantının nə dərəcədə doğru olduğunu Vüqar bəydən soruşduq. O, “Football-plus.az”a hələlik dəqiq heç nə olmadığını söylədi.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью