Sumqayıtda qatarla yük avtomobili toqquşdu

02.03.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt ərazisində dəmir yolu xəttində yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Hadisə Bakı–Quba magistralının şəhərdən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan qatar dəmir yolu keçidindən keçmək istəyən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşaraq yol kənarına düşüb.

Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью