Sumqayıtda qaz kəsiləcək

24.12.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı bu gün 16:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Asya
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью