Sumqayıtda qaz təchizatında fasilə olacaq

19.09.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Qaz təchizatının təmir işlərindən sonra bərpa olunacağı bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью